Hamilə qadınlara pulsuz xidmət edən taksi sürücüsü odur - FOTO

Avtoxəbər 30 İyun 2014 17:13 Oxunub 2506
Hamilə qadınlara pulsuz xidmət edən taksi sürücüsü odur - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəmaləddin Qaracayev: «Mənim üçün puldan önəmli insanlara hörmət eləmək, onları çətin anda başa düşmək vacibdir»

Neçə ildir Bakıda hamı ondan danışır, sosial şəbəkələrdə fotoları yayılır. Kimdir bu insan, kimdir bu sürücü? Hamı sual edir ki, görəsən, ilin-günün bu vaxtında doğrudanmı belə əməli-saleh insanlar hələ də var? Benzinin bahalaşdığı bir dövrdə o hansı taksi sürücüsüdür ki, hamilə qadınlara və 1 yaşına qədər uşağı olan xanımlara pulsuz xidmət edir? Bu sualların cavabını həmin insan özü verdi. Nəhayət, uzun axtarışlardan sonra Cəmaləddin kişi taksi kimi istifadə etdiyi avtomobilinin üzərində vurduğu elanla bağlı açıqlama verib. Sosial şəbəkələrdə yayılan həmin cavabı Avtosfer.az saytı olduğu kimi təqdim edir:

«Hamı mənə dəli, xəstə kimi baxır, amma yox, mən elə deyiləm. Mənim üçün puldan önəmli insanlara hörmət eləmək, onları çətin anda başa düşmək vacibdir. Ona görə də hamilə və 1 yaşından kiçik uşağı olan qadınları taksimdə pulsuz aparıram. Hətta, mənə imkansız bir vətəndaş yaxınlaşıb, pulsuz harasa getmək istəsə canla-başla kömək edərəm. Bəlkə nə vaxtsa mənim də nəvələrimə bu yaxşılıq qayıdar. Bu mənim seçimimdir».

Qeyd: Örnək götürüləsi çox şeylər var. Onlardan biri də Cəmaləddin kişinin əməlidir.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh