Xırdalanda ağır qəza - FOTO – VİDEO

Avtoxəbər 15 Aprel 2014 00:00 Oxunub 2614
Xırdalanda ağır qəza -  FOTO – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Mercedes» işıq dirəyinə çırpılaraq onu yerindən çıxarıb

Bakı Rusiya yolunun Xırdalan dairəsində dəhşətli yol qəza hadisəsi baş verib. Sumqayıt istiqamətindən Bakıya yüksək sürətlə hərəkət edən «Mercedes» markalı avtomobil Xırdalan məzarlığının yaxınlığında yol kənarındakı işıq dirəyinə çırpılaraq dirəyi yerindən çıxarıb. Ötən gün Hadisə yerində olan şahidlərin Movqe.az-a verdikləri məlumata görə, avtomobil yüksək sürətlə hərəkət etdiyindən, işıq dirəyinə çırpıldıqdan sonra dirəyi yerindən çıxardaraq bir neçə metr qabağa sürüyüb. Ən maraqlısı isə bu dəhşətli qəzadan sürücünün sağ çıxması olub. Hadisənin şahidləri sürücünün xəsarət belə almadığını söyləyiblər. avtosfer.az saytı movqe.az-a istinadən həmin qəzadan həmin videogörüntünü təqdim edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh