Ötən il iki piyadanı vuran futbolçu bu il «avtoş»luğa görə saxlanıldı

Avtoxəbər 15 Aprel 2014 00:00 Oxunub 2125
Ötən il iki piyadanı vuran futbolçu bu il «avtoş»luğa görə saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araz Abdullayev maşını idarə edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozub

Bir müddət öncə xoş olmayan avtoqəza hadisəsi ilə yadda qalan milli komandamızın və "Neftçi"nin gənc yarımmüdafiəçi Araz Abdullayev bu dəfə də oxşar hərəkət edib. avtosfer.az futbolinfo.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında futbolçu polislər tərəfindən saxlanılıb. Araz maşını idarə edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozub. YPX əməkdaşları  Abdullayevi maşını ilə birlikdə cərimə meydançasına aparıblar. Futbolçunun hansı qaydanı pozduğunu dəqiq bilmirik. Amma polislər onu cərimə meydançasına aparmağı lazım bilibsə, deməli, tez-tez avtoxuliqanlıq edən bu futbolçu ilə bağlı konkret səbəb var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh