Maşına ruh girdi… - VİDEO

Maraqlı 11 Dekabr 2015 17:35 Oxunub 3565
Maşına ruh girdi… - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Sahibsiz maşın buzlu yolda sürüşərək hərəkətə gəlib və avtomobillərin qarşısına çıxıb"

Adətən  yollarda ya sürücü məsuliyyətsizliyi, ya da texniki nasazlıq səbəbilə qəzalar baş verir. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, bu dəfə, tamamilə fərqli hadisə baş verib. Rusiyada park edilmiş halda olan avtomobil, qəfil hərəkətə gələrək qəza şəraiti yaradıb.

Avtomobillər hərəkətdə olan vaxt, qəfildən yol kənarında dayanmış bir maşın hərəkətə gəlib. Arxaya doğru istiqamətlənən nəqliyyat vasitəsi, avtomobillərin yoluna çıxıb. Buz tutmuş yolda, son anda əyləci basan sürücülər təsadüfən qəza törətməkdən yayına bilib. Amma hadisənin səbəbini anlamağa   çalışan sürücülərin diqqətini başqa bir məsələ cəlb edib. Belə ki, onların yoluna çıxan avtomobilin sürüsüz hərəkətə gəldiyi məlum olub.

Hadisənin necə baş verdiyi, avtomobilin öz-özünə necə hərəkətə gəldiyi tam dəqiqləşməyib. Ehtimal olunur ki, sahibsiz maşın buzlu yolda sürüşərək hərəkətə gəlib və avtomobillərin qarşısına çıxıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh