"Uçan adam" avtomobillə yarışdı – VİDEO

Maraqlı 14 Dekabr 2015 15:48 Oxunub 1786
"Uçan adam" avtomobillə yarışdı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Martin Brandl keçmiş Formula 1 sürücüsüdür

Birləşmiş ərəb əmirliyinin Dubay şəhəri, dünya tarixində ilk dəfə dramatik bir sürət yarışına səhnə olub. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, dünyada uçan adam ləqəbi ilə tanınan İv Rossi, asfalt üzərində maksimum sürət yığan avtomobillə mübarizə aparıb. Helikopterlə havaya qalxan Cetmen, aşağı tullandıqdan sonra  "başla" əmri verilib. 3 saniyədə saatda 100 kilometr sürət toplayan avtomobil hərəkətə gəlib və Rossi bu ildırım sürətli maşını keçmək üçün necə deyərlər qanad açıb. Nəzərə alsaq ki, sürət avtomobilini idarə edə Martin Brandl keçmiş Formula 1 sürücüsüdür,  uçan adamın qalib gəlmək ehtimalı o qədər də yüksək qiymətləndirilmirdi. Bununla belə, belindəki raket mühərrikli qanadlarla saatda 300 kilometrə yaxın sürət toplayan Rossi,  gərgin keçən mübarizənin sonunda rəqibini qabaqlaya bilib. Maraqlı yarışda məğlub olduğuna inanmayan Martin Brandl, dərhal İv Rossiyə yenidən ötüşməyi təklif edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh