DYP tarixdə olmayan günə bildiriş yazıb - FOTO

Xəbərlər 2 İyul 2014 12:24 Oxunub 3376
DYP tarixdə olmayan günə bildiriş yazıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «DYP hələ də köhnə qaydada işləyir»

Avtosfer.az saytına Əli Məmmədli adlı oxucu tərəfindən maraqlı sual ünvanlanıb. Sual belədir: «Əgər polis inspektoru cərimə protokolu tərtib edərkən ona qarşı etirazımı bildirmişəmsə və müvaiq yerləri dolduranda həmin məsələyə «31 iyun 2014 tarixində Bakı şəhər Dövlət Yol Polisi İdarəsində baxılacaq» yazıbsa və o gün heç tarixdə yoxdursa kimə müraciət edə bilərəm?». Oxucunun bu sualına yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov cavab verib. Onun sözlərinə görə, hazırda qüvvədə olan qanunvericilik DYP inspektorunun tərtib etdiyi protokol əsasında və ya elektron qaydada tərtib olunan protokola əsasən sürücünün hər hansı DYP orqanına çağırılmasını qadağan edir. Ona görə də, 27 may 2014-cü il tarixindən sonra tərtib olanan protokolda belə qeydlər olmamalıdır: «Onun olub-olmamasının isə heç bir hüquqi əhəmiyyəti yoxdur. Lakin qanun 1 aydan artıqdır ki, qüvvəyə minsə də, DYP hələ də köhnə qaydada işləyir. Göstərdiyiniz konkret halda DYP inspektoru texniki səhvə yol verib. Amma tarix barədə həmin qeyd sizin üçün işə baxılmasına dair rəsmi bildirişdir. Ona görə də, onun hüquqi əhəmiyyəti var. Qanunun tələbinə əsasən siz həmin gün işə baxılması üçün qeyd olunan ünvana gəlməsəydiniz, sizin iştirakınız olmadan qərar qəbul oluna bilərdi. Bu səbəbdən belə səhv olanda həmin DYP inspektorunun tabe olduğu DYP orqanına və ya DYP-nin yuxarı orqanına müraciət etmək, yaxud 902 telefon xidmətinə zəng vurmaq olar».

Qeyd edək ki, Əli Məmmədli günün sonunda yazdığı digər müraciətində maraqlı məsələyə toxunub. Normal sürücü kimi DYP-yə müraciət edən Əli orada ona təqdim olunan materiallarla tanış olaraq həqiqətən də qayda pozduğunu etiraf edib: «Mən qayda pozuntusuyla bağlı şikayət edəcəm demişdim. Şikayətə 31 iyun 2014 cü ildə baxılacaq yazılmışdı. Mən də bu gün (dünən-red.) şikayətimlə bağlı müraciət etdim. Lakin videoqeydlərdə səhv olduğumu anladım. Bunun üçün də 31 iyun söhbətin açmadım orada. Protokol məndədir, mənm əleyhimə qərar çıxarıldı, yaxın günlərdə ödəniş edəcəyyəm. Qeyd edim ki, qanun pozuntum İXM-nin 151.2-ci maddəsi ilə bağlı idi.

Mən öz səhvimi orda aydın şəkildə gördüm. Sadəcə bəzi nüanslar vardı, o baxmdan tərəddüd etmişdim. Amma videoyazıda aydın oldu. Mənə başa saldılar, mən də səhvimi anladım. Yol polisinin əsaslı dəlil gətirməlidirsə, bu da videoyazıdan başqa nəsə ola bilməz».

 


Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh