Cəriməni tez ödəyənə 50 faiz güzəşt

Avtoxəbər 4 İyul 2014 11:18 Oxunub 6085
Cəriməni tez ödəyənə 50 faiz güzəşt
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rusiyada belədir, Azərbaycanda isə bu məbləğ cəmi 10 faizdir

Müxtəlif ölkələrdə yol hərəkəti qaydalarını pozan sürücülərin və piyadaların cərimələri vaxtında ödəməsi üçün fərqli stimullaşdırıcı addımlar atılır. Məsələn, Azərbaycanda bir neçə ildir tətbiq edilən yeni qaydalara görə, cəriməni qərar qüvvəyə mindiyi gündən 3 gün ərzində ödəyənlər həmin məbləğin 10 faizindən azad olunurlar. Avtosfer.az-ın məlumatına görə, artıq mayın 26-dan etibarən İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə görə, artıq cəriməni 5 gün ərzində ödəyənlərə həmin güzəşt tətbiq olunur. Rusiya Federasiyasında isə bu güzəştin məbləği və müddəti bizdəkindən xeyli artıqdır. Daha doğrusu, Rusiya Federasiyasında qanunvericiliklə məşğul olanlar bu məsələdə çox səxavətlidirlər. Artıq Rusiya Dövlət Dumasının təsdiq etdiyi layihəyə əsasən, sürücü cərimənin tətbiqi barədə qərar qüvvəyə minənədək onu icra edərsə, cərimə məbləğinin yalnız 50 faizini ödəyəcək. Onlarda da qərar bizdəki kimi sürücüyə rəsmi qaydada verildikdən 10 gün sonra qüvvəyə minir, həmin 10 günlük müddətdə 50 faizlik endirimdən yararlanmaq olar.

Xatırladaq ki, bizdə cərimənin tətbiqi barədə qərar qüvvəyə mindikdən sonra 5 iş günü müddətində icra olunarsa, cəmi 10 faiz güzəşt var. Güzəştin tətbiqinin başlıca mahiyyəti isə cərimələrin ödənilməsinə stimul yaratmaq və yığım səviyyəsini artırmaqdır.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh