50 minlik maşın sürənlər 50 qəpik parkinqpulu ödəmir – SİYAHI

Xəbərlər 3 İyul 2014 19:02 Oxunub 4398
50 minlik maşın sürənlər 50 qəpik parkinqpulu ödəmir – SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi və BŞİH parkinq pulunu ödəməyənlərin siyahısını açıqladı

Bakıda rəsmən ödənişli müvəqqəti duracaqlardan istifadə edərkən lazım olan məbləği ödəməkdən imtina edən bir neçə avtomobilin sürücüsü barədə qanunvericiliyə uyğun olaraq cəza tədbirləri görüləcək. Bundan sonra belə hallara yol verən sürücülərin əməlləri həm də ictimailəşdiriləcək ki, onlar qınaq obyektinə çevrilsinlər. Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib. Bölmə rəisi bildirib ki, paytaxtda rəsmi ödənişli müvəqqəti duracaqlardan istifadə edən bəzi sürücülər həmin ərazi üzrə məsul olan Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) işçilərinə qarşı kobudluq nümayiş etdirib və oradakı parkomatlara ödəniş etməyiblər. Hələlik idarəyə 4 avtomobil barədə ölçü götürülməsi ilə bağlı müraciət daxil olub.

V.Əsədovun sözlərinə görə, bunlar "90 AB 005" dövlət nomrə nişanlı, ağ rəngli "Lexus" markalı, "99 FK 713" dövlət nomrə nişanlı, qara rəngli "KIA Sportage" markalı, eləcə də "90 NR 088" dövlət nomrə nişanlı, qara rəngli "Mercedes S class" markalı və "90 RV 989" dövlət nomrə nişanlı, qara rəngli "Volkswagen Touareg" markalı avtomobillərin sürücüləridir. Onlar şəhər ərazisindəki müvəqqəti duracaqlardan istifadə etmələrinə baxmayaraq, ərazidəki parkomatlara pulu ödəməkdən imtina ediblər: "Təəssüf ki, məsələn, "Lexus" kimi bahalı markalı avtomobili idarə edən şəxs istifadə etdiyi xidmətin müqabilində təyin edilmiş 50 qəpik və ya 1 manat məbləğində ödənişi etməkdən imtina edir. Belə halların olması heç də yaxşı deyil. Bu, onlara heç nə verməyəcək. Avtomobil ödənişli müvəqqəti duracaqlarda saxlanılırsa, təyin edilmiş məbləğ ödənilməlidir. Əks halda parkomata 50 qəpik, 1 manat ödəməyən sürücülər indi ondan dəfələrlə çox cərimə ödəməli olacaqlar. Belə ki, həmin sürücülər tərəfimizdən İnzibati Xətalar Məcəlləsinin 158-1-ci (Dayanma, durma və parklanma qaydalarının pozulması) maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcək və 20 manat məbləğində cərimə olunacaqlar".

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəis müavini Lətif Axundov bildirib ki, əslində belə faktlar çoxdur. Belə ki, İdarə artıq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə "90 ZZ 228" dövlət nomrə nişanlı "Toyota Yaris" markalı, "99 BO 335" dövlət nomrə nişanlı "BMW" markalı, "90 LB 034" dövlət nomrə nişanlı "Hyundai Elantra" markalı, "90 CC 801" dövlət nomrə nişanlı "Kia Picanto" markalı, "H019577" dövlət nomrə nişanlı "Mitsubishi Pajero" markalı cip, "10 GC 344" dövlət nomrə nişanlı "Mercedes E class" markalı, "90 GP 106" dövlət nomrə nişanlı "Mercedes S class" markalı, "90 DK 720" dövlət nomrə nişanlı "BMW 525" markalı, "99 SS 628" dövlət nomrə nişanlı "Peugeot" markalı avtomobillərin sürücüləri ilə də bağlı müraciət etməyi planlaşdırır: "Hələlik bu şəxslərə qarşı ictimai qınaq tətbiqi mövqeyi nümayiş etdirmək istəyirik. İstəyirik ki, onlar mətbuat vasitəsilə ictimai qınağa tuş gəlsinlər ki, ödənişlərini etsinlər. Amma ödəniş edilməsə, onlar dayanma, durma və parklanma qaydalarını pozduqlarına görə yol polisi tərəfindən inzibati məsuliyyətə cəlb olunacaqlar".

LAxundov qeyd edib ki, hazırda ödənişli duracaqlar və parkomatlardan istifadə ilə bağlı əhali arasında maarifləndirmə işləri aparılır ki, sürücülər tərəfindən belə hallara yol verilməsin. Hətta gələcəkdə bu kimi hallara yol verən sürücülər barəsində foto və videomaterialların hazırlanaraq ictimailəşdirilməsi də nəzərdə tutulur. Trend

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Emin 10 Noyabr 2014 22:55
Biabir olduq