Xanım sürücünün idarə etdiyi «Ford»la «Prado» toqquşdu - FOTO

Qəzalar 4 İyul 2014 00:12 Oxunub 2357
Xanım sürücünün idarə etdiyi «Ford»la «Prado» toqquşdu -  FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şamaxı yolunda qəza: dörd nəfərin yaralandığı deyilir

Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib. Bu haqda informasiya jurnalist həmkarlarımızın birinin Facebook səhifəsində yayılıb. Hadisə zamanı hər iki maşının sürücüsünün ağır yaralandığı deyilir. Artıq Bakı-Şamaxı yolunun 30-cu kilometrliyində - Yenikənd kəndi ərazisində baş verən ağır yol nəqliyyat hadisəsinin təfərrüatalrı ortaya çıxıb. ANS-in məlumatına görə, qəza zamanı bir-birinə əks istiqamətlə hərəkət edən ”Toyota” və xanım sürücünün sükanı arxasında əyləşdiyi “Ford” markalı avtomaşın toqquşub. Qəza zamanı ”Ford”un sürücüsü 1973-cü il təvəllüdlü Aidə Nəbiyeva, 1996-ci il təvəllüdlü Gülnar Nəbiyeva, 15 yaşlı Gülşən Süleymanova və 8 yaşlı Nigar Nəbiyeva ağır vəziyyətdə paytaxtda yerləşən 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Xəstəxanadan aldığımız məlumata görə, yaralılara tibbi yardım göstərilib və müalicələrini davam etdirirlər. 

Hadisə ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparıblar. İlkin məlumata görə, qəza avtomaşın sürət həddini aşması və bir-birilərinin yoluna çıxması səbəbindən baş verib. Daha dəqiq səbəblər və günahkar sürücünün kimliyi araşdırmalardan sonra məlum olacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh