Parkinqlər tıxac problemini həll edəcəkmi?

Gündəm 4 İyul 2014 00:24 Oxunub 1424
Parkinqlər tıxac problemini həll edəcəkmi?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəziləri qiymətlərdən narazılıq etsə də, razılıq edənlər də var

Bakı şəhərininküçə və prospektlərində avtonəqliyyatvasitələrininduracaqyerlərininmüəyyənedilməsivə duracaqlardaişintəşkilimüstəsnaolaraqBakı ŞəhərİcraHakimiyyətininsəlahiyyətlərinə aiddir. Bakınınküçə və prospektlərində, parkvə xiyabanların, metroçıxışlarınınətrafında, səkilərdə fizikişəxslər, həmçininheç birhüquqiəsası olmadandövlətstrukturları, idarə, təşkilat, müəssisə və ticarətobyektlərininsahibləritərəfindənyaradılmış duracaqlarqeyri-qanunidir. HazırdaBakıdasəkilərdə, yolunhərəkəthissəsində, parklaravə metrolaragiriş hissələrdə qanunsuzparklanmalarınqarşısınınalınması üçünyeniparkinqxidmətitətbiqolunur. Əvvəllərmaşını haradagəldisaxlayıbəliçubuqlunövbətçilərə qəpik-quruş verirdik. İndi isə maşınları saxladıqdan sonra post-terminala ödəniş etməliyik. Post-terminala avtomobili saxladığın müddətdən asılı olaraq ödəniş etdikdən sonra qəbz avtomobilin görünən hissəsinə qoyulur. Əgər ödəniş olunmasa, avtomobil cərimə meydançasına aparılır. Bəzən də buna ehtiyac qalmır, çünki ödəniş olunmayan avtomobillərin şəkili yerində çəkilərək sahiblərinə cərimə blankı ilə göndərilir.

 

Parkinq xidmətinin məbləği

 

Maşınların parkinq qiyməti saxlanma müddətinə görə dəyişir və hər saata görə 1 manat ödəniş etməliyik. Parkinq zamanı bəzən xanım sürücülər avtomobillərin düzgün saxlanmasında əziyyət çəkirlər. Bu zaman əli çubuqlu, tanımadığımız insanlar deyil, məhz parkinq xidmətində fəaliyyət göstərən və xüsusi formada olan insanlar yardım göstərir. Bundan başqa, avtomobilləri üçün yer tapa bilməyən sürücülər parkinq xidmətində çalışanlara müraciət edirlər.

 

Parkinqdə çalışanişçilərnə qazanır?

 

Əvvəllər qəpik-quruşa çalışan insanlar artıq parkinq xidmətində xüsusi formada öz xidmətlərini göstərirlər. Bu işçilərin biri ilə söhbətləşən zaman məlum oldu ki, artıq onlar aylıq əməkhaqqı ilə çalışırlar: “Aya 300 manat alırıq, növbə ilə işləyirik. İş müddətimiz bir sutka olur. Bir gün işləyib iki gün evdə dincəlirik. Günorta və axşam yeməyi üçün 8 manat əlavə pul verilir. Ona da dönərdən, ayrandan alıb atışdırırıq. Əvvəllər elə olurdu günə 20 manat qazanırdıq, amma elə gün olurdu ki, 5 manatla evə gedə bilmirdik.”

Onların hansı iş şəraitində işləmələrini də öyrəndik. Parkinq işçisi bildirdi ki, günortalar isti olanda ağacların altında dayanırlar. Yağış olanda isə qaçıb bir damın altında gizlənirlər.

Parkinqdən istifadə edən insanların bəziləri qiymətlərdən narazılıq etsə də, razılıq edənlər də var: “Əvvəllər yol qırağında dayananların əlindən maşın saxlaya bilmirdik. Maşını saxlayıb gedəndən sonra gəlib görürdük ki, maşın yoxdur. İndi bir az rahatdır.”

Digər sürücü isə qiymətin əməkhaqqıya nisbətən baha olduğunu deyir:

“Saatı 1 manata çox bahadır. Hər gün 2 saat saxlayanda aylıq, görün nə qədər edir.”

Sürücülərin biri isə yol kənarındakı parkinqləri məntiqsiz sayır: “Yolun qırağında parkinq olar? Sonra tıxacın aradan qaldırılmasını istəyirlər. Mən məhəllə adamıyam. Maşınımı saxlamağa yer tapmıram, belə şey olar?”. Publika.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh