Piyadanı vuran sürücü hadisə yerindən qaçıb – FOTOLAR

Qəzalar 4 İyul 2014 01:46 Oxunub 1758
Piyadanı vuran sürücü hadisə yerindən qaçıb – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Prado» piyadanı vurandan sonra yol kənarındakı maşına çırpılıb

Paytaxtın Yasamal rayonu ərazisində piyadanın iştirakı ilə yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Mehdi Hüseyn küçəsində, Nərimanov heykəlinin qarşısında qeydə alınıb. Şahidlərin sözlərinə görə, “Prado” markalı avtomobil əvvəlcə yolu keçmək istəyən piyadanı vuraraq ona xəsarət yetirib. Daha sonra isə yolun kənarında hərəkətsiz dayanan “Mercedes” markalı avtomobilə çırpılıb. Qəzanı törədən avtomobil hadisə yerindən uzqlaşıb. Xəsarət alan piyada 20 yaşlı Hüseynov İsmayıl Sabir oğlu, "təcili yardım" vasitəsi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh