“Shagman” ralliyə çıxdı, qəzaya düşdü - FOTOLAR

Gündəm 4 İyul 2014 11:04 Oxunub 1556
“Shagman” ralliyə çıxdı, qəzaya düşdü - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı-Sumqayıt yolundakı tıxacın səbəbi bu qəza imiş

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən qəza yolun bir neçə saat bağlanmasına səbəb olub. Anspress-in verdiyi məlumata görə, “20 yanvar” istiqamətinə gedən istiqamətdə “Shagman” markalı yük avtomobili qəzaya uğrayıb. Yüksək sürətlə hərəkət edən yük maşını yoldakı maneəyə dəyib. Qəza nəticəsində avtomobilin qabaq təkəri dağılıb. Sürücü avtomobili son anda saxlaya bilib. Qəzadan sonra həmin istiqamətdə yolda dəhşətli tıxac yaranıb. Hadisə yerinə yol polisləri cəlb olunub. Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh