Donmuş göl üzərində qorxulu avtomobil yarışı – VİDEO

Maraqlı 3 Yanvar 2016 09:17 Oxunub 3557
Donmuş göl üzərində qorxulu avtomobil yarışı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dekabrda Çaqan gölündə yaxalanan bir çox balıqlar insanlara uğur və səadət bəxş edir

Çində avtomobil həvəskarları dünyanın ən təhlükəli yarışlarından birini keçirib. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, ölkənin şimal-şərqindəki Dzilin vilayətində Çaqan gölünün donduğunu görən   sürücülər  maşınlarını buz üzərinə çıxararaq bir-birindən təhlükəli driftinq manevrləri gerçəkləşdirib.

Xoşbəxtlikdən gölün səthindəki buz təbəqəsi avtomobillərin ağırlığına davam gətirib.  Maşınlar buzlu suya düşsəydi, sürücüləri ölümdən xilas etmək böyük ehtimalla mümkün olmayacaqdı. Ölüm təhlükəsinin bu qədər real olmasına baxmayaraq, ayaqlarını sürət pedalından çəkməyən çinlilər isə soyuq havada o ki var əylənib.

 

Onu da qeyd edək ki, Çaqan gölü həm də dünyanın, ən böyük balıq ovu mərasiminə səhnə olur.  Belə ki, ölkənin dörd bir yanından gələn balıqçılar buz üzərində düşərgə salaraq, balıq ovlamağa çalışır. Müxtəlif alətlərlə buz təbəqəsini deşən çinlilərin yaxaladığı balıqlar, daha sonra hərraca çıxarılır. Yerlilərin  inancına görə dekabr ayında Çaqan gölündə yaxalanan bir çox balıqlar, insanlara uğur və səadət bəxş edir. Bu baxımdan, bizlərə adi görünən balıqlar hərracda böyük məbləğə satılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh