Təyyarənin qapısı açıq qaldı - geri döndü - VİDEO

Maraqlı 6 Yanvar 2016 01:07 Oxunub 1473
Təyyarənin qapısı açıq qaldı - geri döndü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Göyərtədə olan 163 sərnişin başqa təyyarəyə yerləşdirilib

Cənubi Koreyanın  Jin Air  kompaniyasının  səmada olan təyyarəsi açıq qalan qapıya görə Sebu aeraportuna qayıtmalı olub. Hadisə Sebu (Filippin)-Pusan (Cənubi Koreya) marşrutu üzrə hərəkət edən təyyarədə qeydə alınıb. Uçuşdan sonra ön qapıda güclü səs eşidilməyə başlanılıb. Eyni zamanda kabinədə təzyiq sürətlə aşağı düşüb. Yarım saatdan sonra  laynerin komandiri  geri qayıtmaq barədə qərar verir. Göyərtədə olan 163 sərnişin başqa təyyarəyə yerləşdirilirlər. Təyyarədə olan sərnişinlərin çoxu güclü baş ağrısından şikayət edib. İlkin məlumatlara görə, təyyarənin qapısı lazımi qaydada bağlanmayıbmış. "Səs ehtimal ki, sona qədər bağlanmayan qapının açıq qalan hissəsindən gəlirmiş. Göstəricilər təzyiqin kəskin şəkildə aşağı düşdüyünü göstərdiyindən biz geri qayıtmaq məcburiyyətində qaldıq", deyə avikompaniyanın nümayəndəsi bildirib. Sərnişinlər də açıq qalmış qapı versiyasını təsdiqləyiblər. Müştərilərdən biri bildirib ki, qapı barmaq enində açıq qalmışdı. O həmçinin bir çoxlarının başının ağradığını, uşaqların da ağladığını bildirib. Hadisə ilə əlaqədar istintaqa başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh