Qadın sürücü təmir gedən yolda ağır qəza törətdi - VIDEO

Qəzalar 4 İyul 2014 01:15 Oxunub 2139
Qadın sürücü təmir gedən yolda ağır qəza törətdi - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yüksək sürətlə hərəkət edən minik maşını avtobusa çırpılıb

Bakı şəhərində yol nəqliyyat qəzası baş verib. Qəza Heydər Əliyev prospekti 402 ünvanında qeydə alınıb. Aeroport istiqamətində hərəkətdə olan 31 yaşlı Jalə Təhməzova idarə etdiyi "Daewoo Matiz" markalı minik avtomobili ilə 37 yaşlı Elşad Şahverdiyevin idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusuna çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, minik avtomobili yarasız hala düşüb. Qəza olan sahədə təmir aparıldığından avtobus sərnişinləri götürmək üçün yolun ikinci xəttində dayanıb. Bu zaman yüksək sürətlə hərəkət edən minik maşını avtobusa çırpılıb. Hadisə zamanı "Daewoo Matiz"də yalnız sürücü olub. APA TV

ŞƏRH YAZ
Ad

E-mail

Şərh