Keçiddən keçməyəndə belə olur; Bakıda dəhşətli qəza – VİDEO

Avtoxəbər 5 İyul 2014 00:24 Oxunub 3688
Keçiddən keçməyəndə belə olur; Bakıda dəhşətli qəza – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
5 gənc özünü «Mersedes»in qarşısına atdı, biri havada fırlandı

Məxsusi olaraq paytaxt Bakıda piyada keçidindən istifadə etməyənlərin statistikasına nəzər salsaq, onların sayı əhalinin yarıdan çoxunu təşkil edər. Təkcə ötən il Bakıda piyada keçidlərindən istifadə etməyən 120 min piyadaya inzibati protokol tərtib olunub. Bu, hələ üzdə olanlardır. Hər gün minlərlə insanın da təyin olunmayan yerdən keçdiyini, lakin bunu heç kimin görmədiyini nəzərə alsaq, vəziyyət heç də ürəkaçan olmaz.

Bəziləri elə düşünür ki, 20 manat cərimə ödəməklə və ya polis onu saxlayarkən qaçıb canını qurtarmaqla hər şey bitir. Lakin Avtosfer.az-ın təqdimatında bu videoya baxdıqdan sonra yəqin anlaşılar ki, həmin polislər piyada keçidlərinin yanında dayanıb əhalidən keçiddən keçməyi tələb edərkən burada məqsəd nədir. Hər halda, o polisləri daha vacib işlərə cəlb etmək olar, heç onlara da xoş deyil qışın soyuğunda, yayın istisində keçidlərin yanında dayanıb insanlara keçid mədəniyyəti öyrətsinlər.

DİN-in «Təhlükəsiz şəhər» kameraları vasitəsilə Neftçilər prospekrində qeydə alınan bu videonu diqqətlə izləyək və bu gənclərin yolu necə təhlükəli keçdiyinə nəzər salıb bir anlıq özümüzün də nə vaxtsa bu cür təhlükə ilə üzləşdiyimizi xatırlayaq. Yəqin, çoxları bu vəziyyəti hər gün yaşayır.

 

Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh