Yol polisi 62 sürücünü cəzalandırdı - REYD

Avtoxəbər 6 İyul 2014 23:34 Oxunub 2002
Yol polisi 62 sürücünü cəzalandırdı - REYD
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlardan 8 nəfəri avtomobili sərxoş halda idarə edənlərdir

Baş Dövlət Yol Polis İdarəsi və Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Nabran qəsəbəsi ərazisində birgə reyd keçiriblər. Xaçmaz DYPB-nin rəisi Əliağa Əsgərbəylinin APA-ya verdiyi məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 62 sürücü barədə protokol tərtib edilərək, qanuna müvafiq tədbirlər görülüb. Həmin sürücülərin 8 nəfəri avtomobilini sərxoş vəziyyətdə, 17 nəfər əlavə avadanlıq quraşdıran, 7 nəfər ötmə qaydalarını pozan, 23 nəfər sürət həddini aşan, qalanları isə digər yol hərəkəti qaydalarına əməl etmədiyinə görə saxlanılıb. Ə.Əsgərbəyli bildirib ki, bu kimi reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh