İyunda sığortalanan avtomobillərin sayı bəlli oldu

Avtobazar 6 İyul 2014 23:46 Oxunub 1802
İyunda sığortalanan avtomobillərin sayı bəlli oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Toplanmış sığorta haqlarının məbləği 5 milyon manatdan çox olub

Cari ilin iyununda Azərbaycanda 69440 avtomobil icbari qaydada sığorta edilib. Anspress-in məlumatına görə, bu haqda İcbari Sığorta Bürosu xəbər yayıb. Xəbərdə deyilir ki, sığortalanmış avtomobillərin 20 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olmuş maşınlar təşkil edir. Ötən ay bağlanmış icbari sığorta müqavilələri üzrə toplanmış sığorta haqlarının məbləği 5 milyon manatdan çox olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,28 faiz azdır. Ümumilikdə isə, bu ilin birinci yarısında avtomobillərin icbari sığortası üzrə 416 mindən çox müqavilə bağlanıb və 32,2 milyon manat sığorta haqqı toplanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh