Piyadalar üçün cərimə artırılır: 20-30 manat – VİDEO

Gündəm 15 Yanvar 2016 11:42 Oxunub 1215
Piyadalar üçün cərimə artırılır: 20-30 manat – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gərək hər bir piyada öz məsuliyyətini dərk etsin

Kimi magistral yolu qaçaraq, kimi arxayınlıqla, kimi də piyada keçidinin bir addımlığında keçməyə çalışır. Avtosfer.az atv-yə istinadən xəbər verir ki, bu mənzərə ilə demək olar ki, hər gün rastlaşırıq. Qaydanı pozmaqla özlərini, həm də sürücüləri təhlükəyə atanlar isə vəziyyətdən çıxmağa çalışırlar. Hardan gəldi yolu keçən piyadalar ən çox sürücülərin işini çətinə salır. Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, bu sahədə cərimələrin artırılması ilə yanaşı, gərək hər bir piyada öz məsuliyyətini dərk etsin. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində intizamsız piyadalar üçün cərimələrin məbləğinin 20 manatdan 30 manata qaldırılması nəzərdə tutulur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh