Müğənnin avtomobilinin şüşələrini çilik-çilik etdilər

Gündəm 15 Yanvar 2016 13:03 Oxunub 2279
Müğənnin avtomobilinin şüşələrini çilik-çilik etdilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Düşünürəm ki, bunu məni tanıyan adam edib. Təxribat ola bilər"

Müğənni Günay İbrahimlinin avtomobilinin şüşələrini cilik-cilik ediblər. Avtosfer.az gecce.az-a istinadən xəbər verir ki, bu barədə müğənni "10dan sonra" verilişində danışıb: "Tədbirlərin birindən çıxıb yaxınlaşdım maşına. Qapını açmaq istəyəndə gördüm ki, şüşə yoxdur, qırıntıları yerə tökülüb. Mənimlə birlikdə gələn dostumun əl çantasını götürmüşdülər. Amma mənim çantam, içində pulum, sənədlərim var idi. Ona dəyməmişdilər. Şüşələri düzəltdirdim, amma şikayət etmədim. Sənədlərim getsəydi, şikayət olacaqdı. Düşünürəm ki, bunu məni tanıyan adam edib. Təxribat ola bilər".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh