Füzulidəki kütləvi aksiyaya görə iki polis həbs olundu

Gündəm 15 Yanvar 2016 15:25 Oxunub 1735
Füzulidəki kütləvi aksiyaya görə iki polis həbs olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tutulan polislərin hər ikisi icra nümayəndəsinin kürəkənləridir

Füzulidə baş verən hadisələrlə bağlı iki polis əməkdaşı tutulub. Avtosfer.az APA-ya istinadən xəvbər verir ki, tutulan polis işçiləri – Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı Samir Məhərrəm oğlu Səfərov və Binəqədi rayon Polis İdarəsinin əməkdaşı İlkin Vidadi oğlu İsmayılovdur. Onlar ötən gün həbs edilən Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şakir Hacıyevin kürəkənləridir. Adıçəkilən şəxslərin hamısı yanvarın 13-də Füzuli rayonunda baş verən hadisələrlə bağlı tutulublar.

Qeyd edək ki, son günlər Füzuli, Siyəzən və digər rayonlarda keçirilən icazəsiz aksilayarla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 186.2.2, 233 və 315.2-ci maddələri ilə cinayət işi başlanılıb, 60-a yaxın şəxs saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh