Məşhur aktrisanın atası öldü -  Sürücü imiş - FOTOLAR

Gündəm 15 Yanvar 2016 15:26 Oxunub 4401
Məşhur aktrisanın atası öldü -  Sürücü imiş  - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Neslihan atasıyla heç maraqlanmırdı"

Türkiyəli aktrisa Neslihan Atagülün atası Yaşar Şener Atagül dünyasını dəyişib. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ötən gün 56 yaşlı Atagülün səhhətində problem yaranıb, dostları tərəfindən xəstəxanaya aparılıb. Xəstəxanada dünyasını dəyişən Yaşar Şenerin ölümü ilə bağlı qızı Neslihan Atagül günahlandırılıb. Qonşuları mərhum Atagülün avtobus sürücüsü olduğunu, qızının isə onunla heç maraqlanmadığını bildiriblər: “Yaşarın ölümü ilə bağlı ailəsində xəbər verdik. Neslihan xəstəxanaya gəldi, 10 dəqiqə qalıb getdi. Atasıyla heç maraqlanmırdı. Bu vəziyyət bizi çox narahat etdi”.

Neslihan Atagülün meneceri isə bu iddiaları rədd edib.

Neslihan Atagül atası Yaşar Şener Atagülün cənazəsinə nişanlısı Kadir Doğulu ilə birlikdə qatılıb. Atagülün bir xeyli kədərli və gərgin olduğu obyektivlərdə əks olunub. Davamlı ağlayan gənc aktrisa əsəbi rəftarlarıyla diqqət çəkib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh