Maşın ustası 15 evi yardı - FOTO

Gündəm 15 Yanvar 2016 16:20 Oxunub 1537
Maşın ustası 15 evi yardı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Abşeron rayonunda silsilə oğurluqlar törədən şəxslər saxlanılıb. Saxlanılan şəxslər 15-dən çox evi qarət ediblər. Avtosfer.az musavat-a istinadən xəbər verir ki, 35 yaşlı Xəqani Əliyev avtomobil ustası olmasına baxmayaraq, 4-5 aydır ki, oğurluqla məşğuldur. Abşeron rayonu ərazisində 15-dən artıq evi qarət edən Xəqani əvvəcə evlərin yerini müəyyənləşdirib. Ona oğurluq planlarını həyata keçirməkdə vaxtilə evində kirayədə yaşadığı evin azyaşlı oğlu kömək edib. 

Azyaşlı da saxlanılıb və ifadəsi alınıb. 

Xəqani Əliyev oğurladığı əşyaları  özünə məxsus avtomobillə daşıyıb. Həmin aşyaların bir hissəsini satmağa nail olan Xəqani əldə etdiyi pulun hamısını əyləncəyə xərclədiyini deyir: “Pula çox ehtiyacım yoxd idi. Barlara xərcləyirdim”.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Mməcəlləsinin 177.2-ci (Oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh