Yol polisindən sürücüyə gülməli məktub – FOTOLAR

Xəbərlər 17 Aprel 2014 00:00 Oxunub 3086
Yol polisindən sürücüyə gülməli məktub – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xətai rayon DYP-nin kapitanı radarla bağlı protokolda «Hündai» yazıb «Toyota»nın fotosonu vətəndaşa gönədirib

Bugünlərdə Türkan Məmmədli adlı xanım sürücü avtosfer.az saytına müraciət edərək dövlət yol polisinin ona göndərdiyi radar məktubunda ciddi yalnışlığa yol verildiyini bildirib. Türkan xanımın bizə təqdim etdiyi sənədlərdən aydın olur ki, məktubu ona Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin inzibati təcrübə üzrə inspektoru, polis kapitanı Əsədov Fərid Vaqif oğlu göndərib. Kapitanın yazdığı bildirişdə qeyd olunur ki, Türkan Məmmədli yol hərəkəti qaydası pozuntusuna yol verdiyinə görə barəsində tətbiq olunmuş MMX-287685 nömrəli inzibati xəta haqqında elektron protokol üzrə işə baxılması üçün 7 gün ərzində Xətai rayon DYPŞ-yə gədməlidir. Amma Türkan xanım üstündən 14 gün keçməsinə baxmayaraq həmin şöbəyə getməyib. Çünki: «Mənə yazıblar ki, xətanın törədilməsini qeydə alan radar görüntüləri sizə göndərilir. Əgər göstərilən müddətdə vəsatət vermədikdə və DYP şöbəsinə gəlmədikdə barənizdə inzibati tənbeh haqqında qərar qəbul ediləcək. Amma mən ora getməmişəm və getmək fikrim də yoxdur. Birincisi ona görə ki, mənim idarə etdiyim avtomobil «Hundai Tucson» markalıdır və nömrəsidə 90 SE 966-dır. Lakin mənə göndərilən məktubda «Toyota – LandGruser» markalı, 90 UM 035 dövlət nömrə nişanlı avtomobilin fotoları əks olunub. Həmdə, mən həmin ərazini heç tanımıram və orada olmamışam. Bunlar isə iddia edirlər ki, guya mən orada dayanma-durma qaydasını pozmuşam. Görəsən bu məktubu mənə yazan, fotoları mənə göndərən şəxslər bircə dəfə də olsun öz yazdıqlarını oxuyurlarmı?».

Türkan Məmmədlinin sualı çox marıqlıdır. Görəsən, yol polisi bu suala nə cavab verəcək. Daha bir maraqlı məqam odur ki, Xətai DYPŞ-nin əməkdaşının göndərdiyi protokolda, fotomaterialların üzərində də Türkan Məmmədlinin avtomobilinin nömrəsi, markası və digər göstəricilər yazılsa da, fotonun başqa nəqliyyat vasitəsinə məxsus olduğuna diqqət etməyiblər. Belə halda isə çox qəribə bir sual ortaya çıxır; görəsən qaydanı bu fotolarda əks olunan nəqliyyat vasitəsi pozub, yoxsa Türkan xanımın avtomobili? Həriflər, rəqəmlər realdır, yoxsa fotomaterial? Bəs görəsən, DYP-nin bu cür hərəkətinin adı nədir? Polis kapitanı «Hundai»la «Toyota»nı tanımır bəlkə?

 

 

Seymur

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh