Ramil Usubov kameraya düşən qəzalardan və cinayətlərdən danışdı

Yol polisi 26 Yanvar 2016 19:43 Oxunub 1506
Ramil Usubov kameraya düşən qəzalardan və cinayətlərdən danışdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ötən il 11713 yol-nəqliyyat hadisəsi aşkarlanıb, axtarışda olan 111 avtomobil saxlanılıb

Keçən il Azərbaycanda «Təhlükəsiz şəhər» sisteminin texniki imkanları ilə  348 cinayət açılıb, piyadaların vurulması faktları da daxil olmaqla 11.713 yol-nəqliyyat hadisəsi aşkarlanıb, axtarışda olan 111 avtomobil saxlanılıb. Ümumən, 2014-cü illə müqayisədə cinayətlərin açılması 1,7 faiz yaxşılaşaraq hesabat dövründə 82,4 faiz təşkil edib. Avtosfer.az xəbər verir ki, bu barədə bu gün Daxili İşlər Nazirliyində keçirilən geniş kollegiya iclasında bildirilib. Qeyd edilib ki, törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmin edilməsi işi də nəzarətdə saxlanılıb. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri müqayisə edilən dövrə nisbətdə 1,4 faiz çox olmaqla istintaqdan və məhkəmələrdən yayınan 2534 nəfər tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 74 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 31 şəxsin yeri müəyyən olunub. Bütövlükdə, axtarılan şəxslərin 69,1 faizi tutulub. Eyni zamanda, müxtəlif cinayətlər törətmiş 13.392,      o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 2457 şəxs məhkəmə məsuliyyətinə cəlb edilib.

Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizədə də həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 842-si ağır və xüsusilə ağır növlər olmaqla 2637 cinayət törətmiş 923 cinayətkar qrup zərərsizləşdirilib.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh