Heydər Əliyev prospektində bağlanmış kənar yol açılıb – FOTO

Gündəm 16 Aprel 2014 00:00 Oxunub 1737
Heydər Əliyev prospektində bağlanmış kənar yol açılıb – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Analoji işlərin paytaxtın bir neçə digər küçə və prospektlərində də aparılması nəzərdə tutulub

Heydər Əliyev prospektində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar şəhər istiqamətindəki bağlanmış kənar yol açılıb. Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar dünən axşam saat 22:00-dan etibarən bağlanmış Heydər Əliyev prospektində metronun "Koroğlu" stansiyasından şəhərin mərkəzinə doğru aparan kənar yol artıq bu gün səhər saatlarından istifadəyə verilib. P.Mürsəliyev qeyd edib ki, aparılan işlər zamanı yol həm xüsusi texnika vasitəsilə toz və torpaqdan təmizlənib, həm də yolda xətləmə işlər aparılıb. "Azəryolservis"in sözçüsü bildirib ki, tərtib olunmuş qrafikə əsasən, analoji işlərin paytaxtın bir neçə digər küçə və prospektlərində də aparılması nəzərdə tutulub.

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh