Yol polislərinə “NAZ-Lifan” maşınları verilməlidir

Yol polisi 27 Yanvar 2016 13:05 Oxunub 6624
Yol polislərinə “NAZ-Lifan” maşınları verilməlidir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezidentin qaldırdığı məsələ genişlənir

Prezident İlham Əliyev ötən gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda məmurlara “Lifan” avtomobilini sürməyi tövsiyə edib. “Naxçıvanda avtomobil zavodu var. Dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”-deyə ölkə başçısı bildirib. Prezidentin bu tövsiyəsindən sonra məmurlar “BMW” və “Mercedes” markalı lüks maşınlarını “Lifan”a dəyişəcəklərmi? Ekspert Ərşad Hüseynov prezident təklifini müsbət qiymətləndirib. Ə.Hüseynov xidməti maşınların “Lifan”la əvəzlənməsinin vacib olduğunu deyib. “İcra başçıları niyə bahalı maşınlarda gəzməlidirlər? Onlara maksimim 10-15 min manatlıq xidməti maşın vermək lazımdır. Hesab edirəm ki, Naxçıvanda istehsal olunan “Lifan” avtomobilləri dövlət işçilərinə xidməti maşın kimi verilməlidir. Bununla dövlət bücəsində həm qənaət etmiş olarıq, həm də xeyir özümüzə qalar. Ekspert Dövlət Yol Polisinin xidməti avtomobillərinin “Lifan”la əvəzlənməsini təklif edib: “Bir çoxları hesab edir ki, “Lifan” göstəricilərinə görə, dünyada istehsal olunan bəzi avtomobillərdən geri qalır. Bununla razılaşmaq olar. Dövlət hesabına həmin zavoda sərmaye qoyunb avtomobilləri modernləşdirmək olar. Hesab edirəm ki, dövlət məmurlarında olan bahalı maşınları xaricdə satmaq lazımdır”. 

Qeyd edək ki, məmurların xidməti maşınları ilə bağlı Milli Məclisdə dəfələrlə məsələ qaldırılıb. Millət vəkilləri yerli istehsalı inkişaf etdirmək və bu istehsaldan gələn gəlirləri artırmaq üçün məmurların avtomobillərini “Lifan”-a dəyişməsini təklif ediblər.

Deputat Qüdrət Həsənquliyev çıxışları zamanı dövlət ehtiyacları üçün Naxçıvanda istehsal edilən minik avtomobillərinin alınması təklif edib. O qeyd edib ki, Naxçıvanda istehsal edilən maşınlar orta məmurlar üçün xidməti maşın kimi alına bilər. Ola bilər yüksək çinli məmurlar üçün o avtomobillər kifayət eləməsin, amma orta səviyyəli məmurlar üçün normal maşınlardır: “Bu addım eyni zamanda regionlarda sənayenin inkişafına da dəstək olar. Bu avtomobillər heç də keyfiyyətsiz deyil. Biz Naxçıvanı minik avtomobillərinin istehsalı, Gəncəni isə yük avtomobilləri istehsalı mərkəzinə çevirə bilərik”-deyə Q.Həsənquliyev bildirib. 

 

Azvision.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh