Yol polisi baş nazirin arvadını cərimələdi

Qaydalar 28 Yanvar 2016 02:50 Oxunub 3701
Yol polisi baş nazirin arvadını cərimələdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol patrul xidmətinin əməkdaşları Tereziya Yasenyuku avtomibili idarə edən zaman telefonla danışdığı üçün 17 dollar cərimələyib

Baş nazirin arvadı yol hərəkəti qaydalarını pozaraq telefonla danışdığına görə cərimələnib. Ukrayna mətbuatı yazır ki, Kiyev yol patrul xidmətinin polis əməkdaşları baş nazir Arseni Yasenyukun arvadı Tereziya Yasenyuku avtomibili idarə edən zaman telefonla danışdığı üçün 425 qriven – təqribən 17 dollar həcmində cərimələyib. Baş nazirin arvadı cəriməni elə yerindəcə örəyib.

Qeyd edək ki, 2015 - ci ilin dekabrında isə Çeçenstanın rəhbəri Ramzan Kadırov ailəsi ilə avtomobildə gedərkən təhlükəsizlik kəmərini taxmadığına görə cərimələnib. O da cəriməni yerindəcə ödəyib.

Xatırladaq ki, 2015 - ci ilin dekabrında Polşa prezidenti Anjey Duda maşınını düzgün parkovka etmədiyi üçün cərimələnmişdi. 

Baxmayaraq ki, o özü xidməti Limuzindən istifadə edir. Ancaq Krakovda evinin qarşısında ona məxsus qırmızı golf maşını düzgün parkovka edilmədiyindən polis cərimə yazıb. Verilən məlumata görə, sonradan rəsmi məlumatda deyildi ki, ola bilsin maşını prezidentin ailə üzvlərindən biri parkovka edib və bu zaman qaydanı pozub...

 

Moderator.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh