DYP-dən «Lifan» açıqlaması: «Gələcəkdə ola bilər»

Yol polisi 28 Yanvar 2016 13:49 Oxunub 2798
DYP-dən «Lifan» açıqlaması: «Gələcəkdə ola bilər»
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kamran Əliyev: «Yol partul xidməti əməkdaşlarının istifadəsində olan avtomobillər yenidir»

Prezident İlham Əliyev ötən gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda məmurlara NAZ “Lifan” avtomobilini sürməyi tövsiyə edib. Bir çox ekspertlər prezidentin təklifini müsbət qiymətləndirərək məmurların xidməti maşınlarının “Lifan”la əvəzlənməsini təklif edirlər. Ekspert Ərşad Hüseynovun fikrincə, Dövlət Yol Polisinin xidməti avtomobilləri də NAZ «Lifan»la əvəzlənlənməlidir. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ekspertin təklifinə münasibət bildirib. DYP rəsmisi azvision.az-a açıqlamasında hazırda bu məsələnin gündəmdə olmadığını deyib: “Yol partul xidməti əməkdaşlarının istifadəsində olan avtomobillər yenidir. Ötən ilin may ayından istifadəyə verilib. Ümumiyyətlə, ölkə başçısının tövsiyəsinin Dövlət Yol Polisi ilə əlaqəsi yoxdur. Amma gələcəkdə hər hansı yeni texnika alınarsa, bu məsələyə baxıla bilər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh