Mətanətə 50 minlik avtomobil hədiyyə olundu

Avtobazar 9 İyul 2014 16:07 Oxunub 2549
Mətanətə 50 minlik avtomobil hədiyyə olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«16 maşınım olub, heç birini özüm almamışam»

Müğənni Mətanət Əsədova ona hədiyyə olunan avtomobil və evlərdən söhbət açıb. “Qafqazinfo”nun məlumatına görə, ifaçı “Şou+” verilişinə açıqlamasında sonuncu hədiyyə aldığı avtomobilin 50 min manat qiyməti olduğunu bildirib: “Hazırda idarə etdiyim avtomobil 16-cı maşınımdır. Bunların heç birini özüm almamışam. Allahım şahiddir ki, bu maşınlar səsimə görə mənə hədiyyə olunub. 16-cı maşınımı satmaq istəyirdim, alıcı behini verəndə fikrimi dəyişdim. Çox sevirəm bu avtomobili, qiyməti 50 min manatdır. Elə baha deyil. Mənə evlərdə hədiyyə edilib. İndi iki evim var, lakin həyət evi almaq istəyirəm”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh