Bakıda 81 avtoxuliqanın işi məhkəməyə verildi

Avtoxəbər 10 İyul 2014 00:25 Oxunub 1972
Bakıda 81 avtoxuliqanın işi məhkəməyə verildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxtda törədilmiş yol qəzaları arasında hələ də bağlı qalan işlər var

Bakı Şəhər Baş Polis İdarəsində 2014-cü ilin 1-ci yarısının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər BPİ-nin rəisi, polis general-mayoru Rafiq Abbasov bildirib ki, hesabat dövründə paytaxtda yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində qabaqlayıcı profilaktiki tədbirlər ön plana çəkilib, yol hərəkəti qaydalarının pozulması hallarına qarşı mübarizə güuuml;cləndirilib. Nəticədə qeydə alınmış hadisələrin sayı 8,5% (485-dən 444-dək), yaralananların sayı 12,2% (499-dən 438-dək), hadisə nəticəsində ölənlərin sayı isə 13,7% (161-dən 139-dək) azalıb, qeydə alınmış 139 ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin 93,0%-nin açılması təmin olunub. Mövcud qaydaları davamlı və kobud şəkildə pozan, ictimaiyyətə açıqca hörmətsizlik edən avtoxuliqanlara qarşı aparılan mübarizə kifayət qədər səmərəli olub, 81 avtoxuliqan yaxalanaraq məhkəməyə verilib.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh