Bu dəfə sürücü sürəti aşan polisi saxlayıb danladı - VİDEO

Yol polisi 2 Fevral 2016 15:46 Oxunub 2155
Bu dəfə sürücü sürəti aşan polisi saxlayıb danladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hazırda işə gedirəm. Maşını böyük sürətlə sürdüyümü sanmıram"

ABŞ-da bir qadın sürücü polisə xəbərdarlıq edib. Avtosfer.az xəbər verir ki, Florida ştatından olan qadın yolda yüksək sürətlə onu ötüb keçən polis maşınını saxlatdırıb. Sonra isə ona yaxınlaşan polisə maşını niyə saxlatdırdığının səbəbini açıqlayıb: “Siz məndən arxada idiniz. Yüksək sürətlə ötüb keçdiniz. O qədər yüksək sürətlə keçdiniz ki, sizə çatmaq üçün sürəti 120 km/saata qaldırdım, ancaq yenə də çata bilmədim”.

Polis qadını dinlədikdən sonra yüksək sürətlə hərəkət etdiyinin fərqində olmadığını bildirib: “Hazırda işə gedirəm. Maşını böyük sürətlə sürdüyümü sanmıram. Əgər belə bir hal olubsa, üzr istəyirəm. Adımı və nömrəmi qeyd edə bilərsiniz”.

Qadın isə öz növbəsində buna ehtiyac olmadığını deyib: “Sadəcə, siz polislər başqalarına örnək olmalısınız. Ona görə də qanunları pozmamağınız lazımdır”. Sonda polisə təşəkkür edən qadın ona yolda diqqətli olmağı məsləhət görüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh