DYP inspektorunun səhvi – FOTO-VİDEO

Avtoxəbər 11 İyul 2014 00:40 Oxunub 3044
DYP inspektorunun səhvi – FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fərid Axundov: «İnspektora başa sala bilmədik ki, o nişan birinci döngəyə qədər qüvvədədir»

Avtosfer.az saytına Bakı şəhər sakini Fərid Axundov tərəfindən maraqlı məktub daxil olub. Fərid iddia edir ki, yol polisi inspektoru ona protokolu düzgün yazmayıb. «Hadisə Həsən Əliyev küçəsinin Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsində baş verib. Mən Həsən Əliyev küçəsi ilə gedərkən (üzü Azadlıq tərəfə) işıqforda 4.1.4 nişanı var, «Yol hərəkəti haqqında» qanunun 65-ci maddəsinə əsasən, həmin nişan birinci döngəyə kimi qüvvədədir. Mən isə qarşıdan gələn nəqliyyat vasitələrini buraxıb sola – növbəti yol ayrıcına dönmüşəm. Yol polisi inspektoru məni saxlayıb və «sola dönmək qadağandır əmredici nişanın» tələbini pozaraq hərəkət etdiyimi dedi və İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə əsasən protokol yazdı. Mən ona başa sala bilmədim ki, o nişan birinci döngəyə qədər qüvvədədir. Sizə həmin ərazidən əllə çəkdiyim xəritəni və videonu göndərirəm. Diqqətinizə görə çox sağolun!».

Avtosfer.az saytı Fərid Axundovun müraciətini və təqdim etdiyi materialları yol hərəkəti üzrə ekspert Ərşad Hüseynova təqdim edib. Ekspert bildirib ki, əgər hər şey Fərid Axundovun yazdığı və çəkdiyi kimidirsə və onun dönmək istədiyi yerdə - asfaltın üzərində 1.18 nişanlanması çəkilərək yalnız düzünə və sağa hərəkət nəzərdə tutulmursa, heç bir qayda pozuntusundan söhbət gedə bilməz: «Buna görə inspektor sizi cərimələyibsə, səhvə yol verib».

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh