Qubada ötən əsrin “Pobeda”sı qorunur - FOTOLAR

Avtobazar 10 İyul 2014 16:42 Oxunub 1983
Qubada ötən əsrin “Pobeda”sı qorunur - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəvə babadan qalan hədiyyəni qorumağa qərar verib

Nəvəsi qiymətsiz hədiyyəni ona bağışlayan babası Heybət kişinin şəklini avtomobildə gəzdirməklə ona olan ehtiramını sübut etməyə çalışır. Bir zamanlar dövrünün ən gözəl avtomobili sayılan “Pobeda” artıq tarixə qovuşub. Quba sakini Mehdi Hüseynov hələdə baba yadigarı olan “Pobeda”sına göz bəbəyi kimi baxır. 1953-cü il istehsalı olan bu maşını babası Heybət Məmmədov elə həmin ildə alıb. 1991- ci ildə isə onu  nəvəsi Mehdiyə bağışlayıb. Mehdi isə bu günədək sözün əsl mənasında babasının hədiyyəsinin üstündə əsir. Mehdi Hüseynovun sözlərinə görə, şimal bölgəsində yeganə olan 61 yaşlı Pobedanı almaq istəyənlər çox olub. Onların içərisində xarici vətəndaşlara da rast gəlinib. Hətta ona yaxşı pul da təklif olunub. Buna baxmayaraq o, babasının yadigarını satmaq fikrində deyil. 2400 kub metrlik mühərrik həmci və 5 pilləli sürət qutusuna malik Pobeda yerli sakinlərlə yanaşı bu gün bölgəyə gələn turistlərin də böyük marağına səbəb olur. Mehdi Hüseynov isə bu qiymətsiz hədiyyəni ona bağışlayan babası Heybət kişinin şəklini avtomobildə gəzdirməklə ona olan ehtiramını sübut etməyə çalışır.

“Qafqazinfo” sözügedən əfsanəvi maşının fotolarını təqdim edir:

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh