Azərbaycanda inadkar sürücü səbrli polislə qarşılaşarsa… - REAL VİDEO

Yol polisi 7 Fevral 2016 01:12 Oxunub 7325
Azərbaycanda inadkar sürücü səbrli polislə qarşılaşarsa… - REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunları bilməyən yol polisi geri çəkildikdə sürücü özünü qəhraman sayır

Sosial şəbəkələrdə yol polisi ilə söz güləşdirən sürücülərin çəkdiyi gizli videolar çoxalmaqdadır. Avtosfer.az son günlər paylaşılan belə videolardan birini təqdim edir. Videoda sürücü ondan sənəd istəyən inspektordan özündən sənəd tələb edir. Yol polisi əməkdaşı da döş nişanını göstərərək, sənədinin bu olduğunu bildirir. Həm sürücü, həm inspektor çox mədəni şəkildə polemika aparırlar, lakin heç biri geri addım atmır. Sonda isə səbrli polis əməkdaşı sürücüyə güzəştə gedərək, hərəkətə davam etməsi üçün icazə verir.

Avtosfer.az olaraq qeyd etməliyik ki, sürücülərin polislə bu tərzdə danışması cəmiyyətdə birmənalı qarşılanmır. Polisin döş nişanı onun qanuni xidmət apardığına işarədir. Əgər sürücü düşünürsə ki, döş nişanı saxta ola bilər, o məntiqlə, saxta nişan düzəltdirən saxta sənəd də hazırlatdıra bilər. Yəqin ki, filmlərdən də izləmisiniz, polislər evdə axtarışa gedərkən və ya əməliyyat vaxtı tələsik portmonedəki nişanını göstərib özünü təqdim edir. Hər yolda saxladığına özünü təqdim edəndən sonra təqdimatın saxta olmamasını sübut etməyə borclu deyil. Lakin zərurət yaranarsa, sənədini də təqdim etməlidir. Konkter bu videoda belə bir tələbin irəli sürülməsi düzgün deyil. Çünki yol polisi də qeyd edir ki, həmin ərazi postdur və hər halda, DYP postunda saxta polis dayana bilməzdi. Lakin bəzən yol polislərinin də hüquqi cəhətdən hazırlıqsız olması sürücülərin onlarla «zarafatlaşmasına» gətirib çıxarır və yol polisi geri çəkildikdə sürücü özünü qəhraman sayır. Elə, bu videodakı kimi…

Burada yol polisi əməkdaşının səhvlərindən biri də vətəndaşla ünsiyyət zamanı qəribə hərəkətləridir. Məsələn, hərbi salam verərkən əli başından azı 20 sm kənardadır. Sürücü ilə söhbətləşərkən papağını çıxarıb qaşınır və s…

İkincisi, adətən sürücülər özləri də tələb etdiklərini oxumamış olurlar, sadəcə başqa videolardan görüb-götürürlər. Məsələn, başında slindir olan gəncəli sürücünün polislə məşhur mübahisəni izləmiş olma ehtimalları böyükdür.

Üçüncüsü isə polis əməkdaşlarına yaxşı olar ki, "Sən" əvəzinə "Siz" deyə müraciət edilsin. Və eyni müraciət formasını polis də sürücüyə etməlidir. Bu, onun vəzifə borcudur və birbaşa təlimatda yazılıb. 

Dördüncüsü, videolardan polislərin sənəd göstərmə istəklərinə qarşılıq olaraq saxlanma səbəbini bildirməsini istəyənləri görənlər elə zənn edir ki, bu, hər yerdə keçərlidir. Məlumat üçün deyək ki, postlarda polislərin heç bir səbəb olmadan avtomobili saxlayıb sənədləri yoxlaması tam qanunidir. Bu videoda da inspektor çox təmkinlə bildirir. Polisin sənəd istəmə tələbinə hörmətlə yanaşılmalıdır, əmrə tabe olmaq lazımdır. Şikayət və ya narazılıq olarsa, xidməti vəsiqəni tələb etmək olar.

Lakin bununla belə əks fikirdə olanlar da var. Şərhlərdən görmək olar ki, polisə qarşı haqq-nahaqq, hər hansı irad bildirildikdə kortəbii olaraq dəstək olanların sayı az deyil. 

Oxucuların marağını nəzərə alaraq, «Polis haqqında» qanunun həmin hissəsini – 13-cü maddəsini diqqətinizə çatdırırıq.

 

Fuad

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh