Cərimə meydançasına nə qədər pul ödəməliyik?

Qaydalar 11 Fevral 2016 16:01 Oxunub 20863
Cərimə meydançasına nə qədər pul ödəməliyik?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Amma bilmək lazımdır ki, bu tələb qanuna ziddir

Çox vaxt maşını cərimə meydançasına aparılan avtomobil sahiblərindən dayanacağın bir günü üçün 5 manat pul tələb edilir. Amma bilmək lazımdır ki, bu tələb qanuna ziddir.

“Avtomobilin cərimə meydançası, yaxud da “ştrafnoy” deyilən duracaqda saxlanıldığı hər gün üçün 30 qəpik ödənilməlidir”.

Avtosfer.az xəbər verir ki, bu barədə atv.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, vəkil Asif Abdullayev bildirib.

Onun sözlərinə görə, belə hallarla rastlaşan şəxslər DİN-ə şikayət edə bilərlər: “Azərbaycan Respublikası Tarif Şurasının 08 nömrəli, 12 aprel 2006-cı il tarixli qərarına əsasən, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara nəqliyyat vasitələrinin təxliyyə avtomobilləri vasitəsilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin tarifləri təsdiq edilmişdir. Qərara əsasən, sürücü, nəqliyyat vasitəsinin təxliyyə avtomobili (evakuator) vasitəsilə duracaqlara gətirilməsi üçün 20 manat, avtomobilin həmin duracaqda (“cərimə meydançası”, “ştrafnoy”) saxlanıldığı hər gün üçün 30 qəpik ödəniş etməlidir”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh