Sistemə vurulmayan protokollarda yenilik - MMX kabusuna son qoyulur - VİDEO

Qaydalar 18 Fevral 2016 01:08 Oxunub 4228
Sistemə vurulmayan protokollarda yenilik - MMX kabusuna son qoyulur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanvarın 31-dən qabaq tərtib edilən protokollara görə sürücülərə cərimə düşmür

Yeni İnzibati Xətalar Məcəlləsinin qüvvəyə minmə tarixi dəyişib. Yeni məcəllə ötən gün imzalanıb dərc edildiyinə görə mayın 1 deyil, martın 1-də qüvvəyə minəcək. Məcəllədəki əsas dəyişikliklərdən biri qayda pozuntuları ilə bağlı tərtib edilən protokollarla haqqında idi. Yəni, cərimə qayda pozuntusunun baş verdiyi vaxtdan bir ay ərzində sürücülərin ödəyə biləcəyi məntəqələrin elektron sistemində görünməsə ləğv ediləcək. Yeni qaydanın martın 1-dən sonra tərtib ediləcək protokollara aid olması sual doğurmur. Bəs martın 1-dən əvvəl sistemdə görünməyən cərimələrə görə sürücülər məsuliyyətə cəlb edilə bilərmi ? Yeni qaydanı məhz fevral ayında tərtib edilmiş protokollara aid etmək olmaz. Çünki onların sistemə yerləşdirilməsi üçün verilən bir aylıq müddət məcəllənin qüvvəyə minəcəyi mart ayında tamamlanacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh