Sola dönərkən sağı gözləməyənlərin törətdiyi qəzalar – VİDEO

Avtoxəbər 15 İyul 2014 01:30 Oxunub 3745
Sola dönərkən sağı gözləməyənlərin törətdiyi qəzalar – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol qəzalarının hər ikisində sürücü səhlənkarlığı və ya qaydaları bilməmək özünü göstərir

Avtosfer.az saytı Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzindən əldə etdiyi daha iki yol nəqliyyat hadisəsinin videosunu təqdim edir. Görüntülər Bakının mərkəzi küçələrində qeydə alınıb. Birinci qəzada «Jiquli» markalı nəqliyyat vasitəsinin hərəkətin intensiv olduğu bir vaxtda sola dönərkən sağdan gələn maşınlara diqqət yetirməməsi, onlara yol verməməsi görünür. Bunun nəticəsində düzünə hərəkət edən digər avtomobil onun yoluna çıxan «Jiquli»ni vurur. Çünki bu halda qəza qaçılmaz idi.

Digər yol qəzasında isə «Hundai» markalı avtomobilin sola dönməsi tam normaldır. Çünki orada sola dönməyə icazə verən yol nişanı var. Lakin sürətlə hərəkət edən, daha doğrusu, svtaforun yaşıl işığının yanıb-söndüyünü görən sürücü tələskənlik edib yolu keçmək istəyərkən qarşıdan gələn «QAZ-24» markalı avtomobilin yoluna çıxır və toqquşma baş verir. Burada aydın olan bir mənzərə odur ki, «Hundai» svetaforda qırmızı işığa düşməmək üçün necə tələsib sürəti artırırsa, o qaydada da «QAZ-24»ün sürücüsü sürəti artırır və nəticə göz qabağandadır. Əslində isə «Hundai» sola dönərkən sağdan hərəkət və hərəkət üstünlüyünə malik «QAZ-24»ə yol verməli idi.

Əziz sürücülər, siz tələsib sürəti artıraraq hərəkəti tez başa çatdırmağa çalışarkən nəzərə alın ki, yoluna çıxdığınız digər sürücü də tələsə bilər.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh