Dəniz Akademiyasının diplomu 163 ölkədə tanınır

Qaydalar 21 Fevral 2016 00:25 Oxunub 2513
Dəniz Akademiyasının diplomu 163 ölkədə tanınır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri böyük güzəştlərdən istifadə edirlər

Azərbaycan Dövlət Dəniz Akademiyasının diplomu 163 ölkədə tanınır. Bu barədə akademiyanın rektoru Çingiz Əliyev Azərtac-a deyib. Akademiyanın fəaliyyətindən danışan rektor bildirib ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri böyük güzəştlərdən istifadə edirlər. Bu təhsil ocağında tələbələr üçün hər cür şərait yaradılıb. Tələbələr burada dərs günləri ərzində iki dəfə pulsuz yeməklə, pulsuz uniforma, metodik dərs vəsaitləri ilə təmin olunur, həmçinin akademiyanın tələbə və şagirdləri üçün ödənişsiz ingilis və rus dillərində kurslar keçirilir. Regionlardan gələn tələbələr Azərbaycan Dövlət Dəniz Akademiyasının yeni təmirdən çıxmış yataqxanalarından heç bir ödəniş etmədən yararlana bilirlər. O, həmçinin bildirib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin təşəbbüsü ilə Azərbaycan Dövlət Dəniz Akademiyasında bakalavr səviyyəsində təhsil alan bir tələbə Gəmiçilik hesabına İsveçrədə magistr təhsili alacaq. 12 əlaçı tələbə isə Qara dənizdə Sankt-Peterburq Dəniz və Çay Donanması Universitetinə məxsus tədris gəmisində təcrübə keçəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh