Bakıda piyadalara meydan oxuyan sürücülərin– VİDEOsu

Avtoxəbər 14 İyul 2014 01:11 Oxunub 2481
Bakıda piyadalara meydan oxuyan sürücülərin– VİDEOsu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyada keçidində piyadaların həyatına təhlükə yaradanlar da var

Təkcə son 6 ayda Azərbaycanda baş verən 1216 yol qəzasında ümumilikdə 512 nəfər ölüb,1234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu qəzalar tək sürücülərin səhlənkarlığından deyil, eyni zamanda piyadaların məsuliyyətsizliyi ucbatından da baş verir. Xüsusilə də piyada keçidlərindən istifadə etməyənlər üçün bunun nəticəsi ağır olur. Ya ölümlə nəticələnir, ya da ki, qəzanın qurbanı olan şəxs ömürlük sağlamlığından məhrum olur. Bu ilin 6 ayı ərzində 160-dan çox piyada dünyasını dəyişib. Səbəbi çox sadədir, ya piyadalar qaydaları pozub yolun hərəkət hissəsinə çıxırlar, ya da sürücülər piyadalara hətta piyada keçidlərində yol vermir və nəticəsi də göz qabağındadır. Avtosfer.az-ın oxucular tərəfindən göndirələn videomateriallar əsasında hazırladığı bu görüntülərin hamısı Bakıda çəkilib. Əlavə şərş verməyəcəyik. Sadəcə baxıb nəticə çıxarmaq, sürücü mədəniyyətinin səviyyəsi barədə qərara gəlmək lazımdır. Bəlkə də bu sürücülərin əksəriyyəti piyadaya yol verməli olduqlarını bilmirlər…

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Sedaqet 10 Noyabr 2014 22:55
Bizde piyada zolaginda dayanmish piyadaya yol verirsen, arxadai ozunun oldurur signalla.Primitiv surucu medeniyyeti yoxdu Azerbaycanda!!!