Bakıda piyada cərimələndiyi üçün polisi başından bıçaqladı

Yol polisi 2 Mart 2016 13:56 Oxunub 2028
Bakıda piyada cərimələndiyi üçün polisi başından bıçaqladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin gənc saxlanılıb

Bakıda yolu piyada keçdiyinə görə cərimələnən şəxs polis əməkdaşlarına müqavimət göstərib. Avtosfer.az xəbər verir ki, bu barədə “report” əldə etdiyi məlumata görə, hadisə “Azadlıq” prospektində qeydə alınıb. Belə ki, həmin ərazidə yolu piyadalar üçün müəyyən edilməmiş yerdən keçdiyi üçün Lənkəran şəhər sakini, 21 yaşlı Peyman Yusifli barəsində polis əməkdaşları tərəfindən protokol tərtib edilib. Buna etiraz edən P.Yusifli cibindəki bıçağı çıxararaq polis əməkdaşlarına hədə-qorxu gəlib. Bu zaman o, polis serjantlarından birinə əl və baş nahiyəsindən xəsarət yetirib.

P.Yusifli saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh