Qatarla gedənlərə şad xəbər - VİDEO

Yeniliklər 16 İyul 2014 01:05 Oxunub 2268
Qatarla gedənlərə şad xəbər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reilway.qov.az saytı vasitəsilə onlayn bilet sifariş etmək olar

“Azərbaycan Dəmir Yollar” QSC-nin sərnişindaşıma departamenti daha yüksək xidmət göstərmək üçün bütün imkanlardan yararlanır. Qurumun 2010-cu ildən həyata keçirdiyi onlayn bilet satışı da bu xidmətlərdəndir. ANS-in məlumatına görə, “Azərbaycan Dəmir Yollar” QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədovun sözlərinə görə, hazırda dəmir yolundakı bilet satışı 3 yolla kassalardan nəğd və nəğdsiz ödəniş etməklə və onlayn yolla həyata keçirilir. Nadir Əzməmmədov deyir ki, onlayn sistemlə bilet alanların sayı hazırda 30-40 faiz təşkil edir. Hazırda isə onlayn sistemdən istifadə edənlərin sayı tədricən artır. Yəni vətəndaşlar evlərində oturub kompyuter vasitəsilə rahat biletini sifariş verməyə daha çox üstünlük verirlər. Bu, həm də sərnişinlərin qurum əməkdaşları ilə birbaşa təmasınını və bu zaman baş verə biləcək neqativ halların qarşısını alır. Onlayn bilet satışı da 10 gün əvvəlcədən həyata keçirilir. Nadir Əzməmmədov qeyd edir ki, bizim “reilway.qov.az” saytına daxil olurlar, orada onlayn bilet satışı şöbəsinə keçirlər və oradakı sualları cavablandırıb bilet əldə edirlər: “Yəni orada ad, soyadı, getdiyi qatarın tipi “SV, Kupe” var, müəyyən edib bilet əldə edə bilər”. 

Onlayn bilet əldə etdikdən sonra sərnişinlər yola düşən gün bir saat əvvəldən dəmir yolundakı kassaya yaxınlaşıb qeydiyyata düşdükdən sonra biletini götürüb yola düşə bilər. Hazırda onlayn bilet satışı yerli istiqamətlərə həyata keçirilir. Gələcəkdə beynəlxalq istiqamətlərə də reallaşması istisna deyil. Hazırda “Azərbaycan Dəmir Yollar” QSC - Bakı-Moskva, Bakı-Xarkov, Bakı-Rostov, Bakı-Tümen və Bakı-Tiflis olmaqla beş beynəlxalq, Balakən, Astara və Qərb bölgəsi olmaqla 3 yerli istiqamətdə xidmət göstərir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh