Daxili işlər nazirinin birinci müavini vəzifəsi yaradıldı

Yol polisi 11 Mart 2016 22:25 Oxunub 1845
Daxili işlər nazirinin birinci müavini vəzifəsi yaradıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezident İlham Əliyev fərman imzalayıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Avtosfer.az xəbər verir ki, fərmana əsasən, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də bir sıra dəyişikliklər edilir:

- 5.2-ci bənddə “Daxili işlər nazirinin” sözlərindən sonra “birinci müavini və” sözləri əlavə olunur:

"5.2. Daxili işlər nazirinin birinci müavini və müavinləri nazirin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər".

- 5.4-cü bənddə “həyata keçirilməsini” sözlərindən sonra “nazirin birinci müavininə, o olmadıqda” sözləri əlavə olunur:

"5.4. Azərbaycan Respublikasının daxili işlər naziri öz səlahiyyətlərinin həyata keçirilməsini nazirin birinci müavininə, o olmadıqda nazir müavinlərindən birinə tapşıra bilər".

Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu”nda 1-ci hissənin üçüncü abzası aşağıdakı redaksiyada verilir:

“Nazirin birinci müavini”;

ŞƏRH YAZ
Ad

E-mail

Şərh