Polislər bulvarda bu elektromobillərdə xidmət aparacaq - FOTOLAR

Yol polisi 11 Mart 2016 22:26 Oxunub 2818
Polislər bulvarda bu elektromobillərdə xidmət aparacaq - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Post Patrul Xidməti əməkdaşları üçün yeni elektromobillər gətirilib

Bakıya Post Patrul Xidməti əməkdaşları üçün yeni elektromobillər gətirilib. Sözügedən mini maşınlar Dənizkənarı Milli Parkın ərazisində xidmət göstərəcək. “Qafqazinfo”nun əməkdaşı həmin nəqliyyat vasitələrinin fotolarını çəkə bilib. Əldə etdiyimiz məlumata görə, hazırda bu tipli elektromobillərdən Bakıya 6 ədəd gətirilib. Post Patrul Xidmətinin əməkdaşları həmin elektromobillərdən açıq hava şəraitində istifadə edəcəklər. Onlar Bulvar ərazisində hərəkət edən polislərin ictimai asayişi qorumasında əhəmiyyətli rol oynayacaq.

Qeyd edək ki, hazırda Dənizkənarı Milli Parkda ənənəvi avtomobillərlə nəzarət həyata keçirirlər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh