Yol polisinin məşhur rəisi getdi? - "Bütün günü işdə olmuşam"

Yol polisi 11 Mart 2016 22:30 Oxunub 8209
Yol polisinin məşhur rəisi getdi? - "Bütün günü işdə olmuşam"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həsən Şirinov deyib ki, istefası barədə xəbərlərin qərəzli şəkildə yayıldığöını bəyan edib

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinov istefaya göndərilib. Avtosfer.az-ın azpolitika-ya istinadən məlumatına görə, Həsən Şirinovun istefaya göndərilməsinin səbəbi yaş məhdudiyyəti ilə bağlı olub. Həsən Şirinov 1980-ci ildən daxili işlər orqanlarında çalışıb. Müxtəlif illərdə Nəsimi, Xətai və Xanlar rayon yol polisi bölmələrinin rəisi, Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polis İdarəsinin rəisi, Azərbaycan Respublikası DİN BDYPİ-nin rəis müavini vəzifələrində çalışıb.

1994-cü ildən 2010-cu ilə qədər isə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəisi vəzifəsində işləyib.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinov istefaya göndərilməsi ilə bağlı xəbərlərə münasibət bildirib. O, Lent.az-a açıqlamasında deyib ki, bu xəbələr həqiqəti əks etdirmir. Həsən Şirinov deyib ki, bütün günü işdə olub. O, istefası barədə xəbərlərin qərəzli şəkildə yayıldığöını bəyan edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh