Polis gücləndirilmiş iş rejiminə keçir

Yol polisi 15 Mart 2016 10:56 Oxunub 1350
Polis gücləndirilmiş iş rejiminə keçir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazir əmr imzalayıb

Novruz bayramı şənlikləri zamanı Azərbaycanın daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zaidov bildirib ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

O qeyd edib ki, əmrə əsasən, respublikada keçiriləcək Novruz bayramı şənlikləri zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrasının təmin edilməsi məqsədi ilə mart ayının 19-dan 28-dək DİN-in bilavasitə tabe qurumlarının, ərazi polis orqanlarının və nizami polis hissələrinin şəxsi heyəti gücləndirilmiş iş variantına keçiriləcək.

DİN nümayəndəsi əlavə edib ki, əmrdə, həmçinin bildirilir ki, bayram ərəfəsi və bayram günlərində ictimai yerlərdə və küçələrdə post patrul naryadlarının sıxlığı artırılacaq, həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi ciddi nəzarətdə saxlanacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh