YPX əməkdaşı adam döydü, polis bölməsində dava saldı

Yol polisi 16 Mart 2016 10:30 Oxunub 3950
YPX əməkdaşı adam döydü, polis bölməsində dava saldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Yol Patrul Xidmətinin əməkdaşı adam döydüyü üçün gətirildiyi polis bölməsində dava salıb. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. Zərərçəkmiş şəxsin yaxınları məlumat verərək bildiriblər ki, B.Bağırova küçəsində yerləşən avtoyuma məntəqəsinin sahibi Elşən Salmanov və onun dostu yol polisi əməkdaşı Vüqar Bağırov təxminən 10 gün əvvəl orada yuyucu işləyən Bəkir İsmayılovu döyüblər. Buna görə də hər iki şəxs Çevik Polis Alayı əməkdaşları tərəfindən 28-ci Polis Bölməsinə aparılıb. YPX əməkdaşı V.Bağırov bölmədə polis əməkdaşlarını söyərək təhqir edib, dostu E.Salmanovun buraxılmasını tələb edib. Vüqar Bağırov dostunu buraxmazlarsa, özünə xəsarət yetirərək bu barədə rəhbərliyə şikayət edəcəyini deyib. O polis əməkdaşlarını işdən çıxartdıracağı ilə hədələyib. Araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh