Qəzet və sayt yol polisi rəhbərliyindən üzr istədi

Yol polisi 16 Mart 2016 14:48 Oxunub 2172
Qəzet və sayt yol polisi rəhbərliyindən üzr istədi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"KİV haqqında" Azərbaycan Respublikası qanununa əsasən təkzib

"Bizim Dövr" xəbər portalında və gündəlik ictimai-siyasi qəzetin 07.06.2014-cü il tarixli №100 (1203) saylı buraxılışında “Nüşrəvan Səfərovun korrupsiya sistemi. Malik İbrahimovun ay ərzində ona 5 milyon manata yaxın rüşvət yığdığı iddia olunur" başlıqlı məqalə; "Bizim Dövr" (bizimdovr.az) xəbər portalında və gündəlik ictimai-siyasi qəzetin 11.06.2014-cü il tarixli №102 (1205) saylı buraxılışında "Bakının yol polisində dövr edən milyonlar. Namiq Kərimovun 200 min manatlıq yubileyi" başlıqlı məqalə; Bizim Dövr xəbər portalında və gündəlik ictimai-siyasi qəzetin 13.06.2014-cü il tarixli №104 (1207) saylı buraxılışında "Nüşrəvan Səfərovun oliqarxa çevrilmiş işçisi. Korrupsiyaya qurşanmış Malik İbrahimov çoxsaylı evlərə, obyektlərə və avtomaşınlara sahiblənib” başlıqlı tənqidi məqalələr dərc edilmişdir.Həmin məqalələrin mənbəyi araşdırılmadan KİV-də yayılmış, nəticədə Bakı şəhər Baş Polis İdarəsinin rəisi cənab Nüşrəvan Səfərovun və İdarənin şöbə rəisi cənab Malik İbrahimovun şərəf və ləyaqətini ləkələyən və onları nüfuzdan salan böhtan xarakterli məlumatlar yer almışıdr. Məqalələr hazırlanarkən alınan informasiyanın mənbəyi, mötəbərliyi və qarşı tərəfin fikri nəzərə alınmadan yerləşdirilmişdir. Buna görə "Bizm Dövr" xəbər portalının və gündəlik ictimai-siyasi qəzetin rəhbərliyi həmin məqalələrdə şərh olunanların həqiqətə uyğun olmamasını bildirir və təkzib verərək Bakı şəhər Dövlət Yol Polis İdarəsinin rəisi cənab Nüşrəvan Səfərovdan və İdarənin şöbə rəisi cənab Malik İbrahimovdan üzr istəyir və gələcəkdə belə neqativ halların təkrarlanmamasına söz verir.

 

"Bizim Dövr" qəzetinin redaksiyası

ŞƏRH YAZ
Ad

E-mail

Şərh