Yol Polisi İdarəsində yeni TƏYİNAT - YP 401 dəyişdi

Yol polisi 16 Mart 2016 15:36 Oxunub 31632
Yol Polisi İdarəsində yeni TƏYİNAT - YP 401 dəyişdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ramil Usubov əmr imzaladı

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub. Avtosfer.az aznews-a istinadən xəbər verir ki, bir müddət əvvəl sərəncama götürülən idarənin yol-patrul xidməti alayının komandiri, polkovnik Rəşadət Babayevin müavini Mürsəl Zeynalovun yerinə təyinat olub. Belə ki, Texniki Təminat şöbəsinin rəisi, mayor Raif Süleymanov Yol-patrul xidməti alayı komandirinin müavini vəzifəsinə təyin edilib. Raif Süleymanovun yerinə isə inspektor kimi çalışan Cabir Hüseynov təyin edilib.

Məlumat üçün bildirək ki, Cabir Hüseynov Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, polis general-mayoru Rafiq Abbasovun bacısı oğludur. O, 2014-cü ildə daxili işlər naziri Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh