Polis serjantı qəza törətdi - 4 maşın toqquşdu - FOTOLAR

Yol polisi 16 Mart 2016 16:16 Oxunub 2241
Polis serjantı qəza törətdi - 4 maşın toqquşdu - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hyundai”ın sürücüsü dönmə əməliyyatını düzgün yerinə yetirməyib

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Rayonun N. Rəfiyev küçəsində Ümid Əzimovun idarə etdiyi 90 SM 582 dövlət nömrə nişanlı, “Ford” markalı avtomobillə 90 AL 878 dövlət nömrə nişanlı, “Hyundai” və 90 -UJ -170 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə şahidlərinin dediyinə görə, qəzanın baş verməsinə “Hyundai” markalı avtomobilin sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub. “Hyundai” markalı avtomobilin sürücüsü polis serjantı olub.

Faktla bağlı araşdırma aparılır.//APA

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh